Bakı Şəhər Təhsil İdarəsi məktəblərdəki vəziyyəti araşdıracaq - AÇIQLAMA
Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) noyabrın 20-dən etibarən Bakı məktəblərində reydlərə başlayacaq. Bu barədə SİA-ya BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, idarənin 20-dən sonra keçirilməsi nəzərdə tutduğu monitorinqlər ənənəvi xarakter daşıyır. İl boyunca mütəmadi olaraq monitorinqlərin keçirildiyini deyən Z.Əliqızı ötən tədris ilində də belə reydlərin dəfələrlə təşkil olunduğunu söyləyib.
"Dərs ili yenicə başlayıb və idarəyə tabe müəssisələrdə vəziyyəti araşdırmaq üçün monitorinqlər aparacağıq. Amma monitorinqlərin araşdıracağı mövzular yalnız məktəbli forması ilə əlaqədar deyil. Bu reydlər zamanı sənədləşmə, şagirdlərin dərsə davamıiyyəti, müəllimlərin dərsə hazırlığı, məktəbin tərtibatı, məcburi xarakter daşıyan məktəbli formasına keçidin hansı formada həyata keçirilməsi və bu kimi məktəblə bağlı olan bütün məsələlər diqqət mərkəzində olacaq. Noyabrın 20-dən etibarən keçiriləcək bu reydlərdə ilk dəfə olaraq jurnalistlərin iştirakı ilə həyata keçiriləcək. Noyabrın sonuna kimi davam edəcək reydlərin nəticələri sonradan BŞTİ-nin təşkil etdiyi Təhsil Şurasının iclasında müzakirə olunacaq. Reydlər zamanı rast gəlinən neqativ hallar araşdırılacaq. Bunlara yol verən müəssisə rəhbərləri haqqında müvafiq tədbirlər görüləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB