Dövlət sifarişli ixtisaslarda təhsil haqlarının artırılması ilə bağlı 3 dövlət qurumu birgə təkliflər hazırlayacaq
Bu yaxınlarda Təhsil Nazirliyində ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağli mövcud vəziyyət və təkliflərə keçirilən müşavirədə Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, hökumətin məsul şəxsləri və ali məktəb rektorlarının iştirakı ilə bağlı ilkin müzakirə apardıq. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, bu ilk addım olsa da Təhsil Nazirliyi bunu dəstəkləyir və ümid edir ki, bu addım Azərbaycanda ali təhsilin səviyyəsinin qalxmasına, ali məktəblər arasında sağlam rəqabət mühitinin yaranmasına gətirib çıxaracaq: "Ancaq hər bir ilk addım kimi bunun da öz çətinliyi var. Bir il ərzində digər naziliklərlə bir neçə dəfə yığışaraq nöqsanları aradan qaldırmağa və yenilikləri dəstəkləməyə çalışacağıq".
Ali məktəblərdə dövlət sifarişli ixtisaslarda təhsil haqlarının artırılması məsələsinə münasibət bildirən nazir qeyd edib ki, bununla ilə bağlı İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təkliflər hazırlayacaq və gələn görüşdə bu məsələyə baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB