Azərbaycanda ilk Laparoskopik Uroloji əməliyyat keçirilib

Azərbaycanda ilk Laparoskopik Uroloji əməliyyat keçirilib

Mərkəzi Gömrük Qospitalında (MGQ) Azərbaycanda ilk Laparoskopik Uroloji əməliyyat keçirilib. Əməliyyatı Fransada 5 illik iş təcrubəsinə malik Avropa Uroloq mütəxəssisi Mərkəzi Gömrük Qospitalının Urologiya şöbəsinin rəisi Araz Bayramov uğurla başa çatdırıb. SİA-ya A.Bayramovun verdiyi məlumata görə, Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Qospitalında həyata keçirilən əməliyyatın prinsipi mini invaziv laparoskopik yolla xəstədə böyrək daşının çıxarılması və Laparoskopik Pieloplastikanın aparılmasından ibarətdir.

 

Qospitalın urologiya şöbəsində yeni texnoligiyanın tətbiqindən sonra böyrəklərdə prostat vəzisi və sidik kisəsində aparılacaq əməliyyatların böyük əksəriyyəti Laparoskopik ve Endoskopik mini invaziv yolla həyata keçiriləcək. Eyni zamanda uroloq A.Bayramov əlavə edib ki, qospitalda böyrək transplantasiyasının tətbiqi də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə