Prezident İlham Əliyev Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 manatı Təhsil Nazirliyinə ayrılsın.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Maliyyə Nazirliyinə tapşırılır ki, bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB