Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bəzi normativ-hüquqi aktlara əlavə və dəyişikliklər edib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) sədrinin 28 oktyabr əmri ilə Komissiyanın qəbul etdiyi bəzi normativ-hüquqi aktlara əlavə və dəyişikliklər edilib. DQMK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları"na edilmiş dəyişikliyə əsasən zərurət olduqda komissiya tərəfindən imtahan testinin müəyyən hissəsi Azərbaycan Respublikasının dövlət dili üzrə bilikləri yoxlayan test tapşırıqları ilə əvəz edilə bilər.
"Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi Qaydaları"na edilmiş dəyişikliyə görə imtahanın yeri və tarixi Komissiya tərəfindən müəyyən edilir və imtahanın keçirilməsinə azı 3 gün qalmış namizədlərə bu barədə komissiyanın internet saytında məlumat verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB