"Skenderbeu" 10 il avrokuboklardan kənarlaşdırılıb

"Skenderbeu" 10 il avrokuboklardan kənarlaşdırılıb

UEFA son Albaniya çempionu "Skenderbeu"nu 10 il müddətinə avrokuboklardan kənarlaşdırıb. SİA-nın məlumatına görə, buna klubun danışılmış oyunlarda iştirak etməsi səbəb olub. UEFA müfəttişlərinin hazırladıqları raportda Korçe təmsilçisinin danışılmış oyunlarda iştirakı ilə bağlı faktlar ortaya çıxıb. 88 səhifəlik raportda 50-dən çox danışılmış oyunun adları qeyd edilib. UEFA İcraiyyə Komitəsi komandanı 10 il avrokuboklardan uzaqlaşdırıb və 1 milyon avro cərimə edib. Bununla yanaşı, "Skenderbeu"nun 2015/16 mövsümündəki çempionluğu rəsmən əlindən alınıb.

Bu, eyni zamanda UEFA-nın bir kluba ən ağır cəza verməsi kimi diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə