Zaqatala rayonunun Muxax kəndində səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Zaqatala Vərəm Xəstəxanasının açılış mərasimi olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bakterioloji və klinik laboratoriyadan ibarət olan 2 mərtəbəli, 50 çarpayılıq xəstəxana tam olaraq müasir tibbi avadanlıqlarla, bərk və müasir inventarlarla təmin olunub. Mərkəzləşdirilmiş istilik və qida sistemi habelə hər mərtəbədə xüsusi mətbəx, camaşırxana, qazanxana və s. müalicə alacaq xəstələrin müalicəsinin effektivliyinə müsbət təsir göstərəcək.
115 min yerli əhali üçün nəzərdə tutulmuş xəstəxanada rentgen, fizioterapiya, bronxoskopiya otaqları həmçinin xəstələrin tibbi personalla əlaqə yaratması üçün xüsusi pult sistemi də quraşdırılıb.
115 min yerli əhali üçün nəzərdə tutulmuş xəstəxanada rentgen, fizioterapiya, bronxoskopiya otaqları həmçinin xəstələrin tibbi personalla əlaqə yaratması üçün xüsusi pult sistemi də quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB