Bakının Binəqədi rayonu 284 saylı orta məktəbində "Qlobal iqlim dəyişmələri – enerji səmərəliliyi" mövzusunda açıq dərs keçirilib. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir Azərbaycan Gənclər İttifaqının həyata keçirdiyi "Enerji və resurslardan istifadə üzrə Məktəbli Proqramı" layihəsi çərçivəsində təşkil olunub..
Açıq dərsdə Sənaye və Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mütəxəssisləri, Təhsil Nazirliyinin nümayəndələri, həmçinin ekologiya yönümlü məktəb və liseylərin müəllimləri iştirak ediblər. Dərs interaktiv breyn-rinq oyunu formasında aparılıb. Avropanın neft istehsal edən aparıcı ölkələrindən olan Norveçin dili, tarixi və coğrafiyası haqqında, qlobal iqlim dəyişmələri, enerji resurslarından səmərəli istifadə, insan fəaliyyətinin ətraf mühitə vurduğu təsirlər barədə dinləyicilərə zəngin məlumatlar verilib.
Qlobal iqlim dəyişmələri və enerji səmərəliliyi üzrə Norveç dövlətinin mövqeyi şərh olunmuş və maraqla qarşılanıb. Dərsdən sonra müəllimlər və mütəxəssislər qeyd olunan mövzunun aktuallığı, tədrisi yolları və çatdırılma üsulları haqqında fikir mübadiləsi aparıblar. Belə dərslərin mütəmadi keçirilməsi məqsədəmüvafiq sayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

USD
EUR
GBP
RUB