TQDK Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirib

TQDK Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilib. TQDK-dan SİA-ya verilən məlumata görə, gündəlik məsələ 2011-ci ildə Azərbaycan-dili fənnindən bütün ixtisas qrupları üzrə ali məktəblərə keçiriləcək qəbul imtahanları üçün qəbul proqramının müzakirəsinin davamı olub. İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak etmiş və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında qəbul proqramı haqqında fikir bildirmiş və təkliflərini veriblər.

Ağstafa rayon Texniki-humanitar liseyin müəllimləri də onlayn sistemində internet vasitəsilə videobağlantıya qoşulublar. Seminar iclasında söylənilmiş təkliflər nəzərə alınmaqla, tək-tək redaktə xarakterli düzəlişlər olunaraq 2011-ci ildə ali məktəblərə bütün ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün Azərbaycan dili fənnindən qəbul proqramı təsdiq edilib.

Qəbul proqramının tam mətni "Abituriyent" jurnalının birinci sayında dərc ediləcəkdir. Növbəti seminar iclasında III ixtisas qrupu üzrə keçiriləcək imtahan üçün ədəbiyyat fənnindən qəbul proqramının müzakirəsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə