Doktoranturaya qəbul planın açıqlanması müddəti niyə təxirə salındı?-Açıqlama

Doktoranturaya qəbul planın açıqlanması müddəti niyə təxirə salındı?-Açıqlama
Doktoranturaya qəbul planın açıqlanması müddəti təxirə salınıb. Bu barədə SİA-ya AMEA-nın birinci vitse-prezidenti Arif Haşimov məlumat verib. O bildirib ki, qəbul planının açıqlanması müddətinin təxirə salınma səbəbi bəzi müəssisələrdə doktoranturaların yaradılması ilə bağlı qoyulan tələblərin yerinə yetirilməməsidir. A.Haşımov vurğulayıb ki, yeni qaydalara görə, doktoranturaların yaradılması zamanı müəssisələrdə müəyyən tələblər qoyulurdu: "Bu tələbələrə uyğun olaraq doktoranturalar yaradılmalı idi. Qeyd edim ki, bəzi müəssisələrdə doktoranturalar bu tələblərə uyğun olaraq işlənilib hazırlansa da bəzilərində bu tələblərə əməl olunmayıb. Hazırda məsələlərə baxılır və bu həftə ərzində bununla bağlı irəliləyişlər gözlənilir".

Vitse-prezident bildirib ki, qəbul planları doktoranturalar müəssisələr tərəfindən təqdim olunduqdan sonra açıqlanır: "Burada hansı ixtisaslara nə qədər doktorant yeri ayrıldığı öz əksini tapacaq. Bu elandan bir ay sonra doktoranturaya qəbul keçiriləcək. Ancaq qəbul planının açıqlanması prosesin planlaşdırıldığı kimi noyabr ayında elan olunması baş tutmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə