İlin sonunadək respublikanın 1000-ə yaxın ümumtəhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq

İlin sonunadək respublikanın 1000-ə yaxın ümumtəhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq
2010-cu ilin sonuna kimi respublikanın 1000-ə yaxın ümumtəhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (Azedunet) qoşulacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hazırda Azedunet ölkə ərazisi boyu 600-dən çox tədris müəssisəsini əhatə edir. Daha 7 şəhərin (Şəmkir, Ucar, Goranboy, Naftalan, Tovuz, Qazax və Ağstafa) tədris ocaqlarının şəbəkəyə qoşulması istiqamətində işlər görülür. İlin sonuna kimi isə daha on şəhərin (Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Ağsu, Ağdaş, KÜrdəmir, Biəsuvar) ümumtəhsil müəssisələrinin Azedunet-ə qoşulması təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə