İmtahanda coğrafiya fənnindən istifadə olunmuş test tapşırıqları müzakirə edilib

İmtahanda coğrafiya fənnindən istifadə olunmuş test tapşırıqları müzakirə edilib
Tələbə Qəbulu üzrə Dövlət Komisisyasında (TQDK) coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-dan SİA-ya verilən xəbərə görə, iclasda cari il respublikanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında coğrafiya fənnindən istifadə olmuş test tapşırıqlarının statistik göstəricilər əsasında elmi-metodik baxımdan müzakirə olunub.
II ixtisas qrupu üzrə 2010-cu ildə respublikanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında coğrafiya fənnindən istifadə olmuş test tapşırıqlarına abituriyentlərin verdikləri düzgün cavabların çətinlik və relevantlıq baxımından statistik göstəricilər əsasında təhlili aparılıb. Nəticələrin təhlili göstərir ki, abituriyentlərin test tapşırıqlarına verdikləri cavabların faizlərinin orta göstəricisi ötən illə müqayisədə daha yüksəkdir. Seminar iclasında test tapşırıqlarının qəbul proqramına və orta məktəblərdə hazırda qüvvədə olan dərsliklərə uyğun olduğu və onların abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi xüsusi qeyd olunub.

İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər, AMEA-nın əməkdaşları və TQDK-nın Naxçıvan, Gəncə, Akstafa, Lənkəran,Cəlilabad, Masallı, Şəki və Quba regional bölmələrində, həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemində internet vasitəsi ilə video bağlantı əsasında qəbul proqramı və təhlil olunan test tapşırıqları ilə bağlı fikirlərini bildirib və təkliflərini veriblər.

Növbəti seminar iclasında A variantı üzrə müzakirə davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə