UNEC-də təlim kursları: Müasir vergi inzibatçılığının əsas trendləri

UNEC-də təlim kursları: Müasir vergi inzibatçılığının əsas trendləri

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vergilər Nazirliyinin dəstəyi ilə vergi sahəsində təlim kurslarına başlanılıb. Universitetdən SİA-ya bildirilib ki, təlimləri vergi sahəsinin təcrübəli alim və mütəxəssisləri aparacaq.

UNEC Biznes Mərkəzinin direktoru Asəf Əsədovun sözlərinə görə, məqsəd tələbələri müasir vergi inzibatçılığının əsas trendləri, inkişaf istiqamətləri, müasir analitik texnologiyalar barədə məlumatlandırmaqdır. Təlimlərin vergi inzibatçılığı və menecmenti, vergi auditi, İKT və vergi analitikası istiqamətləri üzrə aparılacağını vurğulayan A.Əsədov sonda mövzulara uyğun imtahanların keçiriləcəyini və sertifikatların təqdim olunacağını bildirib.

Təlimin ilk günündə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev vergitutmanın tarixi, əsas anlayışları, dövlət üçün əhəmiyyəti, hüquqi bazası və beynəlxalq vergitutma ilə bağlı mövzularda tələbələrə təlim keçib.

Təlimlər martın 19-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə