Lənkəran Dövlət Universitetində Valideyn Şurasının ilk konfransı keçirilib

Lənkəran Dövlət Universitetində Valideyn Şurasının ilk konfransı keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) valideyn şurasının ilk konfransı keçirilib. Bu barədə SİA-ya LDU-nin mətbuat xidmətinin rəhbəri Hacı Ehtibar Əhədov məlumat verib. Məlumatda bildirilib ki, konfransı universitetin rektoru, professor Asəf İsgəndərov açaraq yeni texnologiyaya əsaslanan təhsil sisteminin üstünlüklərindən, kredit sisteminə keçidlə əlaqədar ali məktəbdə görülən işlərdən, qazanılmış uğurlardan, tələbə-valideyn şurasının qarşısında duran vəzifələrdən danışıb.

Valideyn şurasının sədri Sərhad Məmmədov hesabat məruzəsi ilə çıxış eədərk, son iki ildə təhsilə ictimai diqqəti artırmaq istiqamətində görülən işlərdən, valideynlərin universitetin həyatında iştirakından, onların fəallığının artırılması sahəsində görülən işlərdən söhbət açıb.

Valideynlərdən Heybət Mirzəyev, Yusif Babayev, Tərabə Əhədova, Ağababa Novruzov, Ayna Əhmədova, universittein müəllimi, prezident təqaüdçüsü Mirhaşım Talışlı çıxışlarında valideyn şurasının hesabat dövründəki işinə mnüasibətlərini bildirərək, təklif və tövsiyələrini veriblər.

Sərhad Məmmədov yenidən universitet valideyn şurasının sədri seçilib. Konfransda iştirak edən valideynlər respublikanın 17 rayonundan təmsil olunurdular.

Bütün xəbərlər Facebook səhifəmizdə