Təhsil şöbələrinin müəyyən etdiyi metodistlər yerlərdə təlimati iş aparmaq üçün şəhər və rayonlara ezam olunublar
2010-cu il 19-26 oktyabr tarixlərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış siniflərində təhsil alan şagirdlər, onların valideynləri və imtahan aparılacaq fənlərdən dərs deyən müəllimlərlə təlimati iş aparılıb.
SİA-nın məlumatına görə, şagirdlər, valideynlər və onların fənn müəllimləri arasında maarifləndirmə işinin mütəmadi aparılması ilə əlaqədar müvafiq rayon Təhsil şöbələrinin müəyyən etdiyi metodistlər təlimatlandırılıb və onlara zəruri tapşırıqlar verilib.
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə təhsil naziri Misir Mərdanovun əmrinə əsasən 2010/11-ci dərs ilində Respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, o cümlədən, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi işinin təşkili məqsədilə yerlərdə təlimati iş aparmaq üçün adları aşağıda qeyd olunanlar göstərilən şəhər və rayonlara 19.10.2010-cu il tarixdən ezam olunublar:
|
1. |
Nəbi Mahmudov |
Təhsil Nazirliyi Monitorinq və qiy mətləndirmə şöbəsinin baş məsləhətçisi |
19-23 oktyabr - |
|
2. |
Nadir Məmmədov |
Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi |
19-23 oktyabr -
Gəncə, Şəmkir
|
|
3. |
Ceyhun Məmmədov |
Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi |
19-23 oktyabr Qazax, Ağstafa, Tovuz |
|
4. |
Azər İsmayılov |
Təhsil Nazirliyi Ümumi şöbəsinin kompüter üzrə mütəxəssisi |
19-23 oktyabr - Göyçay, Oğuz, Qəbələ, İsmayıllı |
|
5. |
Azər Nəbiyev |
Təhsil Nazirliyi Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin böyük məsləhətçisi |
19-23 oktyabr - Hacıqabul, Şirvan, Sabirabad, Saatlı |
|
6. |
Xəyyam Fərəcov |
Təhsil Nazirliyi Strateji təhili, planlaşdırma və kadrların idarəolunması şöbəsinin baş məsləhətçisi |
19-23 oktyabr - Balakən, Zaqatala, Qax, Şəki |
|
7. |
Araz Şamilov |
Bakı şəhəri üzrə 313 nömrəli məktəbin müəllimi |
19-23 oktyabr - Astara, Lənkəran |
|
8. |
Alı Məmmədov |
Bakı şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Sabunçu-Xəzər bölməsinin müdiri |
19-26 oktyabr Ağdam, Füzuli, Xocavənd, İmişli, Cəbrayıl, Laçın, Ağcabədi, Beyləqan |
|
9. |
Novruz Dəmirov |
Təhsil Nazirliyi S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının direktoru |
19-26 oktyabr - Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz |
|
10. |
Mirhəsən Cavadov |
Təhsil Nazirliyi Kimya-biologiya təmayüllü liseyin direktoru |
19-23 oktyabr - Ucar, Zərdab, Kür dəmir |
|
11. |
Rəşad Səmədov |
Təhsil Nazirliyi Məktəbdaxili qiymətləndirmə üzrə milli məsləhətçi |
19-23 oktyabr - Lerik, Yardımlı, Masallı, Salyan |
|
12. |
Yaşar Zeynalov |
Təhsil Nazirliyi PISA-nın məlumat üzrə meneceri |
19-26 oktyabr - Göygöl, Samux, Naftalan,Daşkəsən |
|
13. |
Piralı Əliyev |
ARTPİ-nin şöbə müdiri |
19-23 oktyabr - Mingəçevir,Ağdaş, Gədəbəy |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB