Sabirabadda mədə-bağırsaq və ürək xəstəliklərindən əziyyət çəkənlər üçün pulsuz müayinələr aparılır
"İRƏLİ" İctimai Birliyi tərəfindən Sabirabad rayonunda həyata keçirilən "Sağlam dişlər – sağlam təbəssüm" aksiyası başa çatıb. Birlikdən SİA-ya verilən xəbərə görə, aksiya sosial xarakter daşıyıb və aksiya zamanı Sabirabad rayonunda yaşayan 6-18 yaş arası 500 nəfərdən artıq gənc pulsuz tibbi stomatoloji müayinə və müalicə keçiblər. Həmçinin, "İRƏLİ" İctimai Birliyi tərəfindən rayonda təmənnasız fırça və diş məcunları paylanmasını da həyata keçirib. Aksiya yerli əhalinin, xüsusən gənclərin böyük marağına səbəb olub.
Qeyd edək ki, aksiya çərçivəsində Bakıdan ezam olunan respublikamızın bir qrup tanınmış cərrahları Sabirabadın Mərkəzi Rayon Xəstəxanasında hər həftənin şənbə və bazar günlərində tam pulsuz şəkildə mədə-bağırsaq və ürək xəstəliklərindən əziyyət çəkən rayon sakinlərinin müayinə və müalicəsini həyata keçirirlər. Aksiya çərçivəsində artıq 150 nəfərə yaxın vətəndaş xəstəxanaya müraciət etmiş və təmənnasız müalicə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB