ADU-da “İtalyan dili həftəsi” keçiriləcək

ADU-da “İtalyan dili həftəsi” keçiriləcək

Oktyabrin 27-də Azərbaycan Dillər Universitetində (ADU) X Ümumdünya italyan dili həftəsi münasibəti ilə "İtalyan dili həftəsi"nin açılış mərasimi keçiriləcək. Universitetin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, İtaliyanın Azərbaycandakı səfirliyinin və ADU-nun İtalyan dili kafedrasının təşkilatçılığı ilə keçiriləcək tədbirin açılış mərasimində İtaliyanın Peruca Universitetinin professoru Stefanio Ranyi iştirak edəcək.

O, italyan musiqisinə həsr olunan məruzə ilə çıxış edəcək və ifa nümayiş etdirəcək. Növbəti günlərdə Peruca Universitetinin professoru ADU-nun İtalyan dili kafedrasının müəllimləri üçün seminar keçəcək. Eyni zamanda, İtaliya rejissorları Pupi Avatinin "Marqarita barındakı dostlar", D. Lukettinin "Mənim qardaşım yeganə övladdır" filmləri nümayiş olunacaq.

Qeyd edək ki, açılış mərasimində İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldinin də iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə