Bu gün Azərbaycan Texniki Unuversitetində (AZTU) "Virtual Layihə Texnoloji Tədris Mərkəzi" açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə ATU-nun rektoru Havar Məmmədov, Təhsil nazirinin müavini İradə Hüseynova, universitetin kafedra müdiri, texniki elmlər doktoru Həsən Hüseynov və digərləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AZTU-nun rektoru Havar Məmmədov Mərkəz haqqında məlumat verib. O bildirib ki, "Virtual Layihə Texnoloji Tədris Mərkəzi" (VLTTM) universitetdə yüksək texnologiyaların tətbiqi və transferi, texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi və idarə olunması tələbələrdə unikal vərdişlər və qabiliyyətlərin formalaşdırılması, ixtisas artırma və yeni ixtisasalma, elmi nəticələrin kommersiyalaşdırılması və digər əlaqədar fəaliyyətlərin həyata keçirilməsi məqsədilə yaradılıb. Onun sözlərinə görə, Mərkəzin texnoloji təminatı "HAAS Automation" şirkətinin SL-10 CNC+ markalı torna və VF-1 CNC+ markalı emal mərkəzi, proqram təminatı isə "R.&S. Keller GmbH" şirkətinin SoftWare SYMplus proqram məhsulları əsasında yaradılıb.
Daha sonra Mərkəzlə bağlı junalistlərə açıqlama verən universitetinin kafedra müdiri Həsən Hüseynov söyləyib ki, LTTM-in bazasında İnternet-ə qoşulan Pentium IV markalı kompüterlər, elktron proyektor, interaktiv, lövhə və "HAAS " Autimation" şirkətinin imitatorları olan sinif təşkil edilib. O deyib ki, VLTTM-də Maşınqayırma, Texnoloji maşınlar, Avtomatika və kompüter texnikası və digər fakültələrdə təhsilin müxtəlif səviyyələrində rəqəmli proqramla idarə olunan dəzgahlar üçün idarəedici proqramların və mexaniki emal texnologiyalarının CAD/CAM sistemləri əsasında layihələndirilməsi və tətbiqi ilə əlaqədar fənnlərin tədrisi və Respublikanın maşınqayırma və cihazqayırma müəssisələrinin mütəxəssisləri üçün ixtisasartırma , yeni ixtisasalma və digər əlavə xidmətlərin həyata keçirilməsi nəzərdə tutulub.
" VLTTM-ın bazasında AZTU, Amerikanın "HAAS Automation" İxveçrənin "Abplanalp ingineering AG" (HAAS) və Almaniyanın "R.&S. Keller GmbH" şirkətləri arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin, o cümlədən də iri həcmli layihələr üzərində real vaxt rejimində və vahid informasiya mübadiləsi standartları sistemində fəaliyyət göstərən virtual müəsissisənin təşkili planlaşdırılır",- deyə o qeyd edib.
Tədbir yeni avadanlıqlara baxışla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB