Elmi və elmi-texniki jurnalların sərgisi keçiriləcək

Elmi və elmi-texniki jurnalların sərgisi keçiriləcək
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana noyabr ayının 9-da Rusiyanın "Информнаука" MMC ilə birgə elmi və elmi-texniki jurnalların sərgisini keçirəcək. SİA-nın xəbərinə görə, bu sərgi beynəlxalq əlaqələrin genişləndirilməsi, dərinləşdirilməsi və inkişafı istiqamətində keçirilən tədbirlərin davamı olaraq təşkil olunacaq.

MDB dövlətlərinə elmi və elmi-texniki ədəbiyyat ixrac edən "Информнаука" MMC Rusiyanın ən iri müəssisələrindən biridir. Firma tərəfindən Mərkəzi Elmi Kitabxanaya 200-dən çox adda elmi jurnal təqdim olunacaq. Onlardan: "Известия Российской Академии наук", "Доклады Российской Академии наук", "Алгебра и анализ", "Нефтехимия", Автоматизация и современные технологии", "Атомная энергетика", "Авиационные и ракетные двигатели", "Космические исследования", "Биоорганическая химия", "Ядерная физика", "Экология", "Электротехника", "Геология, геофизика и разработка нефтяных и газовых месторождений", "Нефть России", "Офтальмохирургия" və s. jurnallar öz elmi tutumu, zəngin tətbiqi materiallara malik olması ilə diqqəti daha çox cəlb edir.

Sərgidə nümayiş etdirilən jurnallar Mərkəzi Elmi Kitabxananın dövri mətbuat zalında oxucuların ixtiyarına veriləcək. Əminik ki, Rusiyada nəşr olunan bu jurnallar alim və mütəxəssislərin, tədqiqatçıların qiymətli elmi informasiya ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq və eyni zamanda Kitabxananın dövri mətbuat fondunu zənginləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə