ADU-nun tələbələri ikili diplom alacaqlar

ADU-nun tələbələri ikili diplom alacaqlar

Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, müqaviləyə əsasən Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinin tələbələri I-II kursları bitirdikdən sonra təhsillərini Esseks universitetində davam etdirəcəklər və ikili diplom alacaqlar. Bu müqavilə Britaniya universiteti ilə ilk dəfədir imzalanır.

Bundan başqa hər iki universitetin professor-müəllim heyətinin, departament rəhbərlərinin qarşılıqlı səfərləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə