Bu qanun layihəsi ilk oxunuşda qəbul edilib

Bu qanun layihəsi ilk oxunuşda qəbul edilib

Milli Məclisin iclasında yeni hazırlanmış "Peşə təhsili haqqında" qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Beş fəsil və 26 maddədən ibarət olan qanun layihəsində özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi, Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və sair məsələlər yer alıb. Layihə birinci oxunuşda səsə qoyularaq konseptual olaraq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə