Məktəblilər arasında dama idman növü üzrə yarış keçirilib. Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 10 nömrəli tam orta məktəbdə təşkil olunub. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yarışda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 129, 272 və 251 nömrəli tam orta məktəblərin şagirdləri müvafiq olaraq I, II, III yerlərə layiq görülüb.
Qaliblər medal və diplomla təltif edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB