Məktəblərdə summativ qiymətləndirmələrlə bağlı hansı təkliflər irəli sürülür? AÇIQLAMA
“2018-2019-cu tədris ilindən məktəblərdə summativ qiymətləndirmənin daha az sayda keçirilməsi nəzərdə tutulub”. Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev açıqlamasında deyib.
“I-ci siniflərdə summativ qiymətləndirmənin ləğvi təklif olunur”
Onun sözlərinə görə, summativ qiymətləndirmə ilə bağlı irəli sürülən təkliflərdən biri I-ci siniflərdə ümumiyyətlə, summativ qiymətləndirmənin keçirilməməsidir: “ Belə ki, I-sinifdə qiymətləndirmə formativ qaydada yalnız müəllimə tərəfindən aparılaraq valideynə məlumat verilsin. Çalışılmalıdır ki, bu, şagirdlərdə əlavə stressin yaşanmasına səbəb olmasın”.
“Digər siniflərdə summativlərin sayı azaldıla bilər”
Şöbə müdiri bildirib ki, summativ qiymətləndirmə ilə bağlı müzakirə olunan ikinci istiqamət bütün siniflərdə bununla bağlı yükün azaldılmasıdır: “ Bu, bəzi hallarda kiçik, bəzi hallarda böyük summativ qiymətləndirmələrin sayının azadılması hesabına həyata keçirilməsi təklif olunur”.
“İmtahanlarla bağlı dəqiq normalar müəyyənləşdiriləcək”
“Digər istiqamət imtahanların keçirilməsinin vaxtı, formatı və digər prosedurlarla bağlı daha dəqiq normaların müəyyənləşməsidir ki, bura imtahanların vaxtı, sualların maksimum və minimum sayı, maksimum toplanacaq bal və digərləri daxildir. Düşünürük ki, bu normaların tətbiqi məktəblərə aydınlıq gətirə bilər və bütün orta təhsil müəssiələrində eyni tipli imtahanların keçirilməsi, eləcə də nəticələrin təhlilinə imkan yaradar”- deyə, E. Əmrullayev söyləyib.
“Ediləcək dəyişikliklər məktəblərin həyatını asanlaşdıracaq”
Şöbə müdiri qeyd edib ki, summativlərlə bağlı texniki məsələlər də müzakirə olunur ki, bura əsasən şagirdlərin summativ imtahanındakı ballarının hesablanması və sualların formatı daxildir: “Bütün bunlar hazırda müzakirə olunaan qüvvəyə minməyən məsələlərdir. Lakin inanırıq ki, bu cür dəyişikliklər olsa, məktəblərin həyatı daha asanlaşar, şagirdlər daha az imtahana cəlb olunar”.
“İllik qiymətləndirmədə kiçik summativlərə üstünlük vüriləcək”
Summativlərin illik qiymətə təsirinə gəlincə E. Əmrullayev söyləyib ki, ediləcək dəyişikliklərdə bununla bağlı təklif olunan məsələ bu qiymətləndirməyə kiçik summativlərin daha çox təsir göstərməsidir: “Hesab edirik ki, kiçik summativlərin illik qiymətə təsiri artırılmalıdır. Bəzi fənlər üzrə ümumiyyətlə böyük summativlər keçirilməyəcək. Burada qiymətləndirmə yalnız kiçik summativlər əsasında aparılacaq. Kiçik summativlərin aparılması zəruridir. Çünki, hər bir bölmə bitdikdən sonra müəllim kiçik summativ keçirməklə uşağın bilik səviyyəsini müəyyənləşdirəcək. Summativ qiymətləndirmə ilə bağlı yekun sənədin elmi müzakirələri bitdikdən sonra bununla bağlı yaxın həftələrdə ictimaiyyət məlumatlandırılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB