Azərbaycanda neonatologiyanın müasir problemlərinə həsr olunmuş simpozium öz işinə başlayıb
Bu gün Azərbaycanda neonatologiyanın müasir problemlərinə həsr olunmuş "Ana və uşaq sağlamlığı üzrə satellit" simpoziumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iki günlük simpozium Səhiyyə Nazirliyinin dəstəyi və Amerika-Avstriya Fondu Açıq Tibb İnstitutunun himayəsi altında təşkil olunub.
Respublika Perenatal mərkəzdə keçirilən simpoziumda Səhiyyə Nazirliyinin səhiyyənin təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva, Perinatal Mərkəzin baş direktoru Əzim Nağdəliyev, baş pediatr Nəsib Quliyev, o cümlədən yerli mütəxəssislərlə yanaşı Amerikanın tanınmış alimi, Kolumbiya Universitetinin professoru, Nyu-York xəstəxanasının Neonotal və perenatal mərkəzinin direktoru cənab Ricard Polin və Gratz Tibb Universitetinin Neonatologiya kafedrasının dosenti Reinhold Kerbl da iştirak ediblər.
Tədbirdə Riçhard Polin "Bronxoağciyər displaziyasının profilaktikasında yeni strategiyalar və ya yeni doğulmuşlarda sepsisin proflaktikasında yeni strategiyalar". Reyinhold Kerbi isə "Avstriyada ana və uşaq pasportu preventiv tədbir kimi" mövzularında məruzə ilə çıxış edib.
Qeyd edək ki, iki gün davam edəcək simpozium çərçivəsində qonaqlar geniş həkim auditoriyası qarşısında çıxış edəcək, öz təcrübələri və təbabətin müxtəlif sahələrindəki yeniliklərlə bölüşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB