Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları üçün seminarlar başlayıb. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məktəb direktorlarının təşəbbüsü ilə keçirilən ilk seminar BŞTİ-nin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseydə təşkil edilib.
Seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində tətbiq olunan yeniliklər barədə məktəb direktorlarını daha ətraflı məlumatlandırmaq və müvafiq məsələləri müzakirə etmək, qarşılıqlı təcrübə mübadiləsini təşkil etmək, həmçinin, tədrisin keyfiyyətinin artırılması üçün yeni üsul və metodlar tapmaqdan ibarətdir.
Seminarda məktəb idarərtməsi, şagird nailiyyətlərinin yüksəldilməsi, direktorun bacarıqları, kargüzarlıq və digər məsələlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
Seminar iştirakçıları qeyd edilən məsələlərlə bağlı təkliflər irəli sürüblər.
Seminarların ayrı-ayrı ümumi təhsil məktəbləri üzrə davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB