Nəsib Quliyev: “Özəl tibb müəssisələrində doğuşa yardım xidmətinin tərəfdarı deyiləm”

Nəsib Quliyev: “Özəl tibb müəssisələrində doğuşa yardım xidmətinin tərəfdarı deyiləm”
Özəl tibb müəssisələrində doğuşa yardım xidmətinin tərəfdarı deyiləm. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib. O bildirib ki, bəzi özəl tibb müəssisələri 5 mərtəbəli binanın altında uyğunlaşdırılmış şəraitdə doğuş qəbul edir: "Özəl tibb müəssisələrinin ancaq normal doğuşları qəbul etmək imkanları var. Lakin doğuşda, hamiləlikdə risk olan hallarda bu hamilələrin dövlət tibb müssisələrində yerləşməsi daha məqsədəuyğundur. Özəl tibb müəssisələrinin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi məşğul olur, mütəmadi araşdırma aparılır və müvafiq tədbirlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə