Baş pediatr: “Azərbaycanda hər 1000 diri doğulan uşaqdan 11 nəfəri 1 yaşına çatana qədər dünyasını dəyişir” - AÇIQLAMA
Son illərdə Azərbaycanda uşaqlar arasında xəstəliklər və ölüm halları azalmaqda davam edir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın baş pediatrı Nəsib Quliyev məlumat verib. O bildirib ki, amma dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda bu istiqamətdə daha çox işlər görməli, tədbirlər həyata keçirilməlidir. Pediatrın sözlərinə görə, Azərbaycanda uşaqlar arasında rast gələn xəstəliklər tənəffüs-ağciyər xəstəlikləri, sonra isə yeni doğulma dövrünün problemləri və xəstəlikləridir: "Bu gün Azərbaycanın 7 regionunda perinatal mərkəzin yaradılması yenidoğulanlarda problemlərin qarşısının alınımasına yönəlmiş vacib addımlardandır. Ölkəmizdə xəstələnmənin səviyyəsi Almaniya, İsveç, Finlandiya və digər inkişaf etmiş ölkələrlə müqayisədə hələ xeyli yuxarıdır. Çalışmalıyıq ki, bu göstəricilər azalsın və inkişaf etmiş ölkələrin səviyyəsinə çatsın".
N.Quliyev qeyd edib ki, ötən il hər 1000 nəfər diridoğulan uşaqdan 11 nəfəri 1 yaşına çatana qədər dünyasını dəyişir. Uşaqların sağlamlığına dövlət tərəfindən xüsusi diqqət ayrıldığıni deyən baş pediatrın sözlərinə görə, burada əsas məqsəd ondan ibarətdir ki, uşaqların hər biri dövlət tibb müəssisələrində qeydiyyatda olsun, nəzarətdə saxlansın və mövcud olan hər bir problem öz həllini tapsın.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB