Azərbaycanda “Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlanacaq. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin yanvarın 29-da keçirilən ilk iclasında adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib. Komitə sədri belə bir sənədin cəmiyyətin sosial sifarişi kimi ortaya çıxdığını bildirib: “Biz yaxın perspektivdə tələbə kreditlərləri ilə bağlı ayrıca qanun layihəsi hazırlamağı və onu müzakirələrə çıxarmağı nəzərdə tuturuq. Bu, cəmiyyətin sosial sifarişindən irəli gəlib. Qeyd edim ki, parlamentdə zaman-zaman bu yöndə təkliflər səslənib və bu baxımdan, biz digər komitələrlə birgə adıçəkilən sənədin hazırlanmasını nəzərdə tuturuq. Yəni yaxın perspektivdə belə bir qanun layihəsi hazırlanıb, müzakirələrə təqdim olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB