ARDNŞ-in təqaüdünü almaq üçün 14 ali məktəbdən 940 nəfər tələbə müraciət edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi üzrə Müsabiqə Komissiyasının növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda müsabiqənin I turunun nəticələri müzakirə edilib. Kadrların hazırlanması şöbəsinin rəisi Asif Şəfəqqətov bildirib ki, ARDNŞ təqaüdünü almaq üçün 14 ali məktəbdən 940 nəfər tələbə müraciət edib, müsabiqənin şərtlərinə cavab verən 778 namizəd seçilərək I tura buraxılıb. Bildirilib ki, müsabiqənin I turunda iştirak edən 696 tələbənin 526 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının təmsilçiləri olub. Müsabiqənin I turu çərçivəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məntiqdən keçirilən test imtahanından sonra, ARDNŞ-nin Müsabiqə Komissiyasının ixtisas qrupları üzrə təyin etdiyi keçid ballarına əsasən 213 tələbə II tura buraxılıb. Bu dəfə ARDNŞ təqaüdünü qazanmaq üçün müraciət edən və II tura keçən tələbələr qazma, boru kəmərləri, ekologiya, energetika, avtomatika və informasiya-kommunikasiya texnologiyaları, iqtisadiyyat, geoloji kəşfiyyat, kimya-texnologiya, neft-mexanika və tikinti ixtisasları üzrə təhsil alan gənclərdir.
Müsabiqə komissiyasının rəhbəri, ARDNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək, Təqaüd Proqramının iştirakçısı olan namizədlərin düzgün seçilməsinin əhəmiyyətindən danışıb, hazırda neft-qaz və neft-kimya sənayesi müəssisələrində daha çox ehtiyac duyulan ixtisaslar üzrə təhsil alan tələbələrin cəlb edilməsi zərurətini vurğulayıb. X.Məmmədov bundan sonra test imtahanı suallarına məntiqlə yanaşı, ARDNŞ haqqında, habelə tələbələrin dünyagörüşünü öyrənmək üçün sualların da daxil edilməsinin məqsədəuyğun olduğunu bildirib. Yaxın günlərdə start veriləcək II turda Müsabiqə Komissiyası üzvləri ARDNŞ təqaüdünə namizədlərlə fərdi müsahibələr keçirəcəklər.
Xatırladaq ki, ARDNŞ perspektivli gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə bağlı olan bu layihəni 2004-2005 tədris ilindən etibarən həyata keçirir. İndiyədək respublikanın ali məktəblərində təhsil alan minlərlə tələbə ARDNŞ-nin təqaüdlərinə layiq görülüb.
Qeyd edək ki, təqaüdün aylıq məbləği 70 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB