ABŞ-da şəkər xəstələrinin sayı artır

ABŞ-da şəkər xəstələrinin sayı artır

Yeni araşdırmalar gələcək 40 ildə ABŞ-da yaşlılarda şəkər xəstəliyinin iki və ya üç dəfə artacağını göstərir. SİA-nın xəbərinə görə, Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin hesabatda bildirilir ki, amerikalılar yeməklərinə nəzarət etmədikləri və idmanla məşğul olmadıqları təqdirdə 2050-ci illərə qədər hər üç yaşlıdan birində diabet xəstəliyi olacaq.

Xəstəliklərə Nəzarət Mərkəzinin açıqladığı hesabatda deyilir ki, Amerikada sağlam həyat tərzi sürən insanlarda belə yaşa dolarkən diabet xəstəliyi əmələ gələ bilir. Hesabatda xəstəliyə tez-tez tutulan afrikalı-amerikalılar və ispan mənşəlilərin Amerikada getdikcə artmasının da xəstəliliyin miqdarının artmasına səbəb olduğu göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə