1 saylı Kliniki Tibbi Mərkəzdə 26 dializ aparatlı 2-ci Dializ şöbəsinin açılışı olub

1 saylı Kliniki Tibbi Mərkəzdə 26 dializ aparatlı 2-ci Dializ şöbəsinin açılışı olub

Bu gün Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə 26 dializ aparatlı 2-ci Dializ şöbəsinin açılışı olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 3 növbəli iş rejimi ilə çalışacaq şöbə gün ərzində təxminən 50 dializ xəstəsinə dövlət hesabına xidmət edəcək.

Mərkəz Almaniya istehsalı olan ən müasir avadanlıq və tibbi ləvazimatlarla tam təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə