"Peşə təhsilinin inkişafı ilə bağlı müvafiq dövlət proqramının həyata keçirilməsi bu sahədə ciddi dönüş yaradacaq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Bu sahədə çalışan insanların sosial müdaifəsinin diqqət mərkəzində olduğunu deyən deputat söyləyib ki, ümumiyyətlə, ölkəmizdə peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir.
Bir neçə gün öncə Azərbaycan Prezidenti tərəfindən "Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında" Sərəncamı xüsusi vurğuyalyan K. Əliyeva qeyd edib ki, sərəncama əsasən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılacaq: "Məqsəd bu sahədə çalışan insanların maddi rifahını yaxşılaşdırmaqdır. Eyni zamanda, bu qərar peşə təhsilində çalışan insanların fəaliyyətini və gənclərdə bu sahəyə marağı daha da stimullaşdıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB