UFAZ-da payız-qış sessiyası necə keçirilir? REPORTAJ

UFAZ-da payız-qış sessiyası necə keçirilir? REPORTAJ

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) imtahan gedişatının montiorinqini edib. SİA-nın xəbərinə görə, millət vəkili Aydın Mirzəzadənin sədri olduğu İctimai Etimad Şurası imtahanlar başlamazdan əvvəl UFAZ-ın auditoriyalarına baş çəkərək imtahanlar üçün yaradılan şəraitlə tanış olub, tələbələrin fikirlərini öyrəniblər.

“İmtahanların gedişi şəffaf şəkildə təşkil edilib”

Monitorinq haqqında fikirlərini bildirən Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə deyib ki, aparılan müşahidələrə əsasən deyə bilərik ki, vaxtilə UFAZ-ın əsasının qoyulmas çox düzgün addım imiş: “Bu, Azərbaycan və Fransa mədəni əlaqələrinin güclənməsi, təhsil sahəsində dünyanın aparıcı dövlətlərindən olan Fransanın təcrübəsinə yiyələnməsində böyük rol oynayır. Müşahidə göstərdi ki, tələbələr yüksək bilik əldə edir, onlar həm Azərbaycan, həm Fransa təhsilinin nailiyyətlərinin özlərində birləşdirə bilirlər. İmtahanların gedişi şəffaf şəkildə təşkil edilib. İlkin təəsürat tələbələrin yüksək qiymət alacağını göstərir. Eyni zamanda imtahan prosedurunda hər hansı sual doğarsa və ya tələbə imtahan gedişindən, nəticəsindən razı qalmazsa, onun öz həqiqətini isbat etməsi üçün mexanizm yaradılıb”.

Şura sədri qeyd edib ki, imtahanlar üçün lazımi texniki şərait yaradılıb.

“Şikayəti olan tələbələr üçün appelyasiya komissiyası yaradılıb”

İmtahanlar haqqında məlumat verən UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov bildirib ki, yanvarın 17-də start götürülən payız-qış UFAZ-ın I və II kurs üzrə təhsil alan 284 tələbə 2 həftə ərzində təşkil edilən imtahanlarda iştirak edəcəklər.

Onun sözlərinə görə, imtahanlar Strasburq Universitetinin qaydaları müvafiq təşkil edilib: “Strasbuq Universitetinin tədris proqramına əsasən İFAZ-da qiymətləndirmə semestr boyu 3 mərhələdən ibarət olub, sonda yekun imtahanlarla tamamlanır. İmtahanlar bütün fənlər üzrə və yazılı şəkildə aparılır. Suallar fənn müəllimlərindən ibarət xüsusi qrup tərəfindın tərtib olunub. İmtahan nəticələri yoxlandıqdan sonra qərar vermək üçün Strasburq Universitetinin ekspertlərindən təşkil olunan münsiflər heyətinə təqdim olunacaq, daha sonra qiymətlər tələbələrə elan ediləcək”.

Son 5 gün ərzində tələbələrin imtahan prosesində iştirakı ilə hər hansı bağlı texniki problemin olmadığını deyən icraçı direktor indiyədək tələbələrin şikayətləri ilə üzləşmədikləri və imtahan prosesinin yüksək şəraitdə davam etdiyini qeyd edib: “UFAZ ADNSU nəzdində fəaliyyət göstərir. Universitetdə imtahan komissiyasında appelyasiya komissiyası yaradılıb. Tələbələrin imtahanla bağlı etirazları da həmin komissiyaya ötürülərək, araşdırılır”.

“Tələbələr kifayət qədər hazırlıqlıdırlar”

İmtahanları müşahidə etmək üçün Azərbaycana gələn Strasburq Universitetinin professoru Filip Turek UFAZ-la Strasburq Universitetinin təhsil proqramlarının eyni və imtahanların da müvafiq qaydalara uyğun şəkildə keçirildiyini söyləyib.

İmtahan prosesində tələbələrin narazılığı ilə rastlaşmadığını deyən

Turek söyləyib ki, artıq bu UFAZ-da 3-cü semestr imtahanı olduğu üçün tələbələr imtahanlarda kifayət qədər hazırlıqlı şəkildə iştirak edirlər: “İmtahan prosesləri tam, bütün qaylara uyğun şəkildə keçirilir”.

Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı, İctimai Etimad Şurtasının sədri Aydın Mirzəzadə, UFAZ-ın icraçı direktorru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlot Payen, imtahan prosesini izlmək məqsədilə Azərbaycana gələn Strasburq Universitetinin professoru Filip turek, İctimai Etimad Şurasının digər üzvləri toplantı salonunda toplaşaraq imtahan prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələrdə ADNSU-nun rektoru Mustafa Babanlı UFAZ-ın yaradılmasının əhəmiyyəti barədə məlumat verərək, dünyanın nüfuzlu ali məktəblərindən biri –Strasburq Universiteti ilə birgə gerçəkləşdirilən bir layihənin ADNSU-da təhsilin standartlarının yüksəldilməsinə müsbət təsir göstərəcəyini vurğulayıb. Rektor ADNSU-nun İctimai Etimad şurasının üzvlərinə. UFAZ-da imtahan prosesini müşahidə etdirkləri üçün təşəkkürünü bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə