“Geobotanika” dərsliyi çapdan çıxıb

“Geobotanika” dərsliyi çapdan çıxıb

Professor Elşad Qurbanov və dosent Musa Cabbarovun birgə hazırladıqları “Geobotanika” dərsliyi nəşr olunub. Bakı Dövlət Universitetinin məlumatında deyilir ki, dərslikdə bitki birliklərinin flora tərkibi, quruluşu, funksiyası, mozaikası, mərtəbəliliyi və dinamikası haqqında geniş məlumat verilib.

Nəşrdə, eyni zamanda, bitki örtüyünün əsas taksonomik vahidləri, bitkilik tipləri, onların morfoloji və funksional elementləri, fitosenozun təsnifatına yeni və fərqli yanaşma metodları əksini tapıb. Dərslik tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə