Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib
Yanvarın 17-də Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Dövlət Universitetinin Xarici tələbələrlə iş üzrə dekan müavini, elektron təhsil portalının administratoru Hüseyn Qasımov distant təhsil proqramı haqqında məlumat verib.
Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində distant formada təhsil almaq istəyən xarici tələbələr universitetin ndu.edu.az saytına müraciət edərək “Distant təhsil” bölməsinə daxil olmalıdırlar. Tələbələr burada distant təhsil haqqında məlumatlar və qəbul qaydaları ilə tanış olduqdan sonra tələb olunan sənədləri elektron formada universitetə göndərməlidirlər. Müraciət qəbul olunduqdan sonra tələbənin elektron poçtuna müvafiq məlumat göndərilir, qeydiyyatdan keçən hər bir tələbəyə proqram tərəfindən fərdi identifikasiya nömrəsi verilir və ona şəxsi kabinet ayrılır. Bu da tələbələrə məzun olduqdan sonra da öz istifadəçi adı və şifrəsi ilə sistemə daxil olmasına və təhsil sənədlərini əldə etməsinə imkan verəcəkdir.
Çoxfunksiyalı distant təhsil proqramında dərslər offlayn və onlayn rejimdə tədris olunacaqdır. Tədris planları, ixtisaslar və müəllimlər haqqında məlumatlar sistemə yüklənib, müəllimlərin mühazirələrinin elektron variantı və videodərslər hazırlanıb. Distant təhsilə cəlb edilən müəllimlər seçilib və onlara portaldan istifadə haqqında təlimlər keçirilib, müəllimlərin distant təhsil proqramından istifadə qaydaları ilə bağlı təlimat hazırlanıb. Keçirilən dərslərin yaxşı mənimsənilməsi üçün elektron kitabxana portalı proqrama inteqrasiya edilib. Tələbələr əvvəlcədən dərs proqramları, müəllimin verdiyi tapşırıqlar və mühazirələrlə tanış ola, həm offlayn, həm də onlayn rejimdə sual-cavab apara bilərlər. Həmçinin istifadəçilər arasında diskussiyalar təşkil etmək, onlayn sorğu və müzakirələr aparmaq mümkündür. Tələbələr video və yazılı formada təqdim edilən dərsləri öz kompüterinə yükləmək və istənilən vaxt yararlanmaq imkanına da malikdirlər. İmtahanlar da onlayn formada aparılır və nəticələri barədə tələbələrə məlumat verilir. Distant təhsil üzrə məzunlara Azərbaycan və ingilis dillərində təhsili bitirmək haqqında elektron sənəd təqdim olunur.
Tələbələr istənilən ölkədən kompüter, mobil telefon və planşetlər vasitəsilə Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinə qoşula bilərlər. Təqdimat zamanı tələbələr müxtəlif məkanlardan kompüter və mobil telefon vasitəsilə Distant Təhsil Mərkəzinə qoşulublar.
Sonra Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi ilə tanış olub. Bildirilib ki, mərkəz Xarici tələbələrlə iş üzrə dekanlığın nəzdində fəaliyyət göstərir. Mərkəzdə auditoriya yaradılıb, 1 noutbuk, 2 kompüter, tribuna və proyektor quraşdırılıb. Distant təhsil üzrə tələbə qəbulunun aparılması, dərslərin yazılması, tədrisin idarə olunması ilə bağlı işçi qrupu yaradılıb, işçi qrupun üzvləri Türkiyənin Ərzurum Atatürk Universitetində və Ankara Qazi Universitetində təcrübədə olublar. İlkin mərhələdə xarici dil müəllimliyinin ingilis, fransız, alman və rus dilləri olmaqla 4 ixtisas üzrə distant təhsilin aparılması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi muxtar respublikanın həyatında əlamətdar hadisədir. Distant Təhsil Mərkəzi Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolunun nəticəsidir. 13 il bundan əvvəl keçirilən “Elektron Naxçıvan-1” konfransında Naxçıvan Dövlət Universitetinin kompüterləşməsi proqramının əsası qoyulub və bu gün Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi ilə başa çatıb. Bu gündən etibarən isə universitetdə distant təhsilin tətbiqinə başlanılır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, distant təhsil Naxçıvan Dövlət Universiteti ilə yanaşı, muxtar respublikanın digər ali və orta ixtisas məktəblərində də tətbiq edilməlidir.
Ali Məclisin Sədri deyib: Naxçıvan Dövlət Universiteti uğurlu inkişaf yolu keçib. Əgər 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə 37 universitet arasında 36-cı yerdə idisə, 2016-2017-ci tədris ilində yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb. Bu gün isə ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində distant təhsilin əsası qoyulur. Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi vacib məsələdir. Çünki bu, Naxçıvan Dövlət Universitetinin dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirəcəkdir. Eyni zamanda, distant təhsilin tətbiqi müəllimlərin dərs saatının və əməkhaqqının artırılmasına da təsir göstərəcəkdir. Hazırda Naxçıvan Dövlət Universiteti 58 ixtisas üzrə bakalavr təhsili verir. Bu gündən etibarən isə 4 ixtisas üzrə distant təhsil həyata keçiriləcəkdir. Ona görə də mərkəzdə yaradılan şəraitdən düzgün istifadə olunmalı, ixtisasların sayı və müəllimlərin hazırlıq səviyyəsi artırılmalı, tədris olunan ixtisaslar üzrə ədəbiyyatlar hazırlanmalı, Distant Təhsil Mərkəzi beynəlxalq təhsil sistemində tanıdılmalıdır.
Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara uğurlar arzulayıb.
Universitetin Tibb fakültəsinin binası yenidən qurulacaqdır
Muxtar respublikada səhiyyənin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında ixtisaslı tibbi kadrların hazırlanması xüsusi yer tutur. Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi də ixtisaslı həkimlərin hazırlanması istiqamətində səmərəli fəaliyyət göstərir. Bu il fakültənin yerləşdiyi bina əsaslı şəkildə yenidən qurulacaq.
Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın yenidənqurma layihəsinə baxıb.
Məlumat verilib ki, uzun müddət istismar olunan bina müasir tədrisin tələblərinə uyğun qurulacaqdır. 812 yerlik olacaq binada 28 auditoriya, kompüter otağı, elektron siniflər, laboratoriyalar, anatomiya muzeyi, mulyaj otağı, 108 yerlik konfrans zalı, kafedralar və digər iş otaqları yerləşəcəkdir. Yenidənqurma işlərindən sonra bina zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olacaqdır. Ali Məclisin Sədri tikinti işlərinə başlanması ilə bağlı tapşırıqlar verib.
Xəbər lenti
İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



