TQDK-a internet vasitəsi ilə elmi-metodiki seminarlar təşkil edir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının təşkili və keçirilməsi metodikasını təkmilləşdirmək məqsədi ilə elmi-metodiki seminarlar təşkil edir.
TQDK-dan SİA-ya verilən məlumata görə, seminarların ilk təşkilati iclası TQDK-nın regional bölmələri ilə birlikdə 26 Oktyabr 2010-cu il tarixində saat 15.00-da internet vasitəsi ilə keçiriləcəkdir.
Seminar iclasa xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul aparılan ali təhsil müəssisələrinin nümayəndələri dəvət edilir.
İnternet bağlantısı istifadə olunmaqla iclas Bakı şəhərində: TQDK-nın akt zalında,
Gəncə şəhərində: TQDK-nın regional bölməsində (Heydər Əliyev meydanı, İcra Hakimiyyətinin inzibati binasının 22 saylı otağında),
Naxçıan şəhərində: TQDK-nın regional bölməsində (Nizami küçəsi 10) təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB