Qəbul imtahanında istifadə olunmuş test tapşırıqları araşdırılacaq

Qəbul imtahanında istifadə olunmuş test tapşırıqları araşdırılacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzdində fəaliyyət göstərən İnformatika fənni üzrə elmi-metodiki seminarın birinci iclası keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda müxtəlif təhsil müəssisələrindən nümayəndələr iştirak edib.

Seminarda bu il üçün nəzərdə tutulan iş planı müzakirə olunaraq qəbul edilib. Sonra 2011/2012-ci tədris ili üçün qəbul imtahanının proqramının müzakirəsi aparılıb. Proqramın işçi variantı seminar iştirakçılarına paylanıb və növbəti seminara qədər əlavə və təkliflərinin hazırlanması tövsiyyə olunub.

Növbəti seminarda 2010/2011-ci tədris ili üçün qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki və statistik cəhətdən araşdırılmsı aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə