2017-ci ildə “Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan 118 tələbəyə təhsil krediti verib. SİA-nın ötən ilin hesabatına əsasən verdiyi xəbərə görə, ötən tədris ilindən başlayaraq aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditlərinin faizsiz təqdim olunması həyata keçirilir.
2017-ci ildə təhsillə bağlı əldə oluna uğurlardan biri 225 nəfər azərbaycanlı tələbənin xaricdə təhsil almaq hüququ qazanması olub. Belə ki, hökumətlərarası müqavilələrə əsasən, tələbələrdən 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər Rumıniyada təhsil almaq hüququ qazanıb.
Bundan əlavə, ötən il ölkəmizdə təhsil almağa gələn əcnəbilərin sayı da artıb. 2017-2018-ci tədris ilində Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 75 ölkədən olmaqla 5541 nəfər təşkil edir. Bu isə ötən illə müqayisədə 10 faiz artım deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB