Ali məktəblərə yeni status veriləcək

Ali məktəblərə yeni status veriləcək

Nazirlər Kabineti “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”i təsdiq edib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin imzaladığı qərara əsasən, “Tədqiqat universiteti” statusu aşağıdakı tələblərə uyğun gələn ali təhsil müəssisələrinə verilir:

1. fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu;

2. son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi;

3. doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosentin olması;

4. dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməsi;

5. magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası;

6. ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməsi;

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə