Magistrantların qış imtahan sessiyası başlayıb

Magistrantların qış imtahan sessiyası başlayıb

AMEA-nın magistraturasına 2017/2018-ci tədris ilində “Molekulyar biologiya”, “Biotexnologiya” və “Biokimya” ixtisasları üzrə yüksək bal toplamış tələbələr qəbul olunub. AMEA-dan SİA-ya verilən xəbərə görə, hazırda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda I və II kurslar üzrə ümumilikdə 10 magistrant təhsil alır.

İnstitutda təhsil alan magistrantların qış imtahan sessiyasına start verilib. Yanvar ayının 4-də “Biotexnologiya” ixtisası üzrə II kurs magistrantların “Bitkilərin hüceyrə mühəndisliyi” ixtisas kursundan ilk imtahanı keçirilib. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magustratura şöbəsinin rəisi Fikrət Feyziyev imtahan sessiyasının gedişatı ilə tanış olub.

Magistrantlar 2 saat ərzində davam edən imtahan prosesində sualları dəqiq və ətraflı cavablandıraraq yüksək bal toplayıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə