Azərbaycan dili fənnindən qəbul imtahanları üçün qəbul proqramı müzakirə olunub
Tələbə Qəbulu üzrə Dövlət Komisssiyasında (TQDK) Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə xəbərə görə, seminarda 2011-ci ildə Azərbaycan dili fənnindən bütün ixtisas qrupları üzrə ali məktəblərə keçiriləcək qəbul imtahanları üçün qəbul proqramı müzakirə olunub.
Seminar iclasında qəbul proqramının sözün tərkibi, söz yaradıcıllığı və morfologiya bölmələrinin müzakirəsi aparılıb. Respublikanın orta ümumtəhsil məktəblərində cari dərs ilində qüvvədə olan dərslik və tədris proqramlarında dəyişiklik olmadığına görə, məzmun saxlanılmaqla bu bölmələrdə yalnız redaktə xarakterli dəqiqləşmələr edilib. İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında qəbul proqramı haqqında fikir bildirib və təkliflərini veriblər. Masallı rayon təhsil işçiləri də onlayn sistemində internet vasitəsilə videobağlantıya qoşulub. Növbəti seminar iclasında qəbul proqramının müzakirəsi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB