5 yaşlı uşaqların 55 faizi məktəbəqədər qruplara cəlb edilib YEKUN
“2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub, 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib”. SİA bu barədə Təhsil Nazirliyinin cari ilin yekunları ilə bağlı təqdim etdiyi hesabata istinadən məlumat verir.
Məlumata görə, 2017-2018-ci dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb.
Hesabat ili müddətində məktəbəhazırlıq qruplarının 4123 nəfər müəllimi təlimlərdən keçirilib: ““Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlərə 2017-ci ildə 4123 nəfər müəllim cəlb edilib ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur. Bununla yanaşı, müxtəlif ali və əlavə təhsil müəssisələri, həmçinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilmiş ixtisasartırma təlimlərində iştirak etmiş 11.000 nəfərə yaxın müəllimin yekun qiymətləndirməsi təşkil edilib, onlara müvafiq sertifikatlar verilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB