Təhsil Nazirliyində tədbir keçirilib

Təhsil Nazirliyində tədbir keçirilib

Təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynova ali mükafatı təqdim edib.

Təhsil Nazirliyinin məlumatında deyilir ki, təqdimetmə mərasimində E.Hüseynovun təhsil sahəsindəki səmərəli fəaliyyətindən danışan Ceyhun Bayramov ona uğurlar arzulayıb. Rektor əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə