Yaxın gələcəkdə iki ən yaxşı müəllim Böyük Britaniyada təlim kurslarına göndəriləcək
Naxçıvan Dövlət Universiteti ilə British Council və Naxçıvan MR Təhsil Nazirliyi arasında üçtərəfli memorandum imzalanıb. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, imzalanma mərasimində çıxış edən universitetin rektoru, akademik İsa Həbibbəyli müasir təhsil sisteminin, modern tədris üsullarının tətbiqinin əhəmiyyətindən danışıb. Rektor ölkənin dünya miqyasında layiqincə tanıdılması üçün xarici dillərin, xüsusilə də ingilis dilinin mükəmməl öyrənilməsinin rolunu qeyd edib.
British Councilin Azərbaycandakı ofisinin direktoru Pol Klement çıxış edərək təmsil etdiyi təşkilatın fəaliyyəti, "Gələcək uğura aparan körpü" adlı layihə barədə məlumat verib. O qeyd edib ki, layihənin məqsədi müəllim və tələbələrin ingilis dili, habelə yeni interaktiv üsul ilə tədris sahəsində bilik və bacarıqlarını sınaqdan keçirməkdən ibarətdir.
Təlimlərdə Naxçıvan Dövlət Universitetinin müəllimləri ilə yanaşı, həmçinin ali məktəbdə ingilis dili ixtisası üzrə təhsil alan IV kurs tələbələri və muxtar respublikanın müxtəlif orta məktəb müəllimləri də iştirak ediblər. Yeni tədris ilinin başlanması ilə layihənin seçim mərhələlərinə start verilib.
Layihə rəhbəri Gülşən Hüseynovanın, British Councilin təlimçiləri, filologiya elmləri üzrə fəlsəfə doktorları Nərminə Əliyeva və Məlahət Vəliyevanın iştirakı ilə keçirilən müsahibəyə 80-ə yaxın müəllim və tələbə qatılıb. İştirakçılardan yalnız yüksək bilik və ünsiyyət bacarığı nümayiş etdirən 40 nəfər seçilib ki, onlar oktyabr ayında 4 günlük treninqdə iştirak edəcəklər.
Treninqlərə qatılacaq müəllimlər hazırladıqları mini layihələrini təqdim edəcəklər. Ən uğurlu təqdimatlar British Councilin sertifikatları ilə təltif olunacaq. Yaxın gələcəkdə seçilən iştirakçıların içərisindən iki ən yaxşı müəllim Naxçıvan Dövlət Universitetinin və British Councilin maliyyə dəstəyi ilə Böyük Britaniyada təlim kurslarına göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB