Paytaxt məktəblisi İranda idmanın üzgüçülük növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ramil Vəlizadə 13-14 yaşlı oğlanlar arasında kəpənək üsulunda 100 metr məsafəyə üzmə yarışlarında qələbə qazanıb.
R.Vəlizadə medal və diplomla təltif olunub.
Qeyd edək ki, turnirdə 5 ölkədən 100 üzgüçü mübarizə aparıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB