ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer Qərbi Kaspi Universitetində (Western Caspian University) tələbələr üçün mühazirə deyib.
“Dövlət və din modelləri: Azərbaycanın bu spektrumda yeri hardadır” mövzusuna həsr olunmuş mühazirədə professor tarixi-siyasi proseslərin dövlət və din modellərinə təsirini şərh edib, dövlətin dini kontekstdə neytrallığının əhəmiyyətinə toxunub, Avropa və Azərbaycan təcrübələrini müqayisə edib.
“Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlar olsa da dövlət sekulyarizmi təmin edib, dövlət və din bir-birindən tamamilə ayrıdır. Azərbaycanın tolerantlıq ənənələri bütün dünya üçün nümunə ola bilər. Burada müxtəlif dinlərin nümayəndələri arasında ziddiyyətlər yaşanmır, tarixən də belə olub. Sizin ölkənizin modeli hazırda Yaxın Şərqdə yaşanan problemlərin həllində də nümunə kimi tətbiq edilə bilər”, - deyə B.Şaffer qeyd edib.
Daha sonra professor tələbələrlə fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB