ADNSU beynəlxalq əməkdaşlığı genişləndirir

ADNSU beynəlxalq əməkdaşlığı genişləndirir

Dekabrın 22-də Çində səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasının Lançjou Neft-Kimya Kollecinin prezidenti, professor Gao Pu ilə görüşüb. Universitetdən SİA-ya verilən xəbərə görə, əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə məktəbin hər il 200-ə yaxın məzununun ADNSU-da hazırlıq, bakalavr və gələcəkdə magistr səviyyələri üzrə təhsil almalarına dair razılıq əldə olunub və tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Qeyd edək ki, ADNSU-nun rektoru. professor M.Babanlının Çinə səfəri dekabrın 24-dək davam edəcək. Səfər çərçivəsində ADNSU-nun rektorunun bir sıra görüşləri planlaşdırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə