Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır. Bu barədə SİA-ya Təhsil Nazirliyindən (TN) məlumat verilib. Məlumatda bildirilib ki, araşdırmalar Göyçay Rayon Prokurorluğu tərəfindən aparılır.
TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəcəyini də açıqlayıb.
Qeyd edək ki, Göyçay şəhərinin 9 saylı orta məktəbin qarşısında məktəb direktoru, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu qolunun şah damarını kəsərək intihara cəhd edib. Göyçay rayon Mərkəzi Xəstəxanasında təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağırdır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB