Qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalıb Hesabat
“2017 - 2018-ci tədris ili üçün I - IV ixtisas qrupları üzrə qəbul imtahanlarında müsbət dinamika müşahidə olunub. Bu tədris ili üçün I - IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib”. SİA-nın xəbərinə görə, bu, Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabatında əksini tapıb.
Hesabatda deyilir ki, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb: “Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB