Cəbr üzrə qəbul proqramında müəyyən dəqiqləşmələr və düzəlişlər edilib

Cəbr üzrə qəbul proqramında müəyyən dəqiqləşmələr və düzəlişlər edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-dan SİA-ya verilən xəbərə görə, seminarda gündəlik məsələ, 2011-ci ildə ali məktəblərə I və II ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramının müzakirəsinin davamı olub.

Seminarın rəhbəri BDU-nun professoru M.Yaqubov qəbul proqramının təkmilləşdirilməsi ilə bağlı daxil olmuş təkliflər barədə geniş məlumat verib. İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak etmiş və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında qəbul proqramı haqqında fikir bildirmiş və təkliflərini veriblər. Masallı və Cəlilabad rayon təhsil işçiləri də onlayn sistemində internet vasitəsilə videobağlantıya qoşulub.

Seminar iclasında Cəbr üzrə bəzi bölmələrin müzakirəsi aparılaraq, qəbul proqramında müəyyən dəqiqləşmələr və redaktə xarakterli düzəlişlər edilib. Növbəti seminar iclasında qəbul proqramının müzakirəsi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə